Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıblar - FOTOLAR

A- A A+

Bolqarıstanın Sofiya şəhərində cüdo üzrə Avropa çempionatı start götürüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitə yarışının birinci günündə Azərbaycanın 4 kişi cüdoçusu - Balabəy Ağayev, Əhməd Yusifov (60 kq), İbrahim Əliyev və Yaşar Nəcəfov (66 kq) medallar uğrunda mübarizə aparır. Qadın idmançılar arasında isə 48 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova və Ramilə Əliyeva güclərini sınayırlar.

Mayın 1-dək davam edəcək yarışda Azərbaycanın, ümumilikdə 11 cüdoçusu iştirak edir.

Turnirə 40 ölkədən 300-dən çox idmançı qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: