Futzal üzrə “Badamlı Azərbaycan kuboku” yarışının final matçının keçiriləcəyi məkan və tarix müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, qalibin adına mayın 24-də saat 14:15-də Bakı İdman Sarayında təşkil olunacaq həlledici matçda aydınlıq gətiriləcək.
Finalda “Alyans Qrup” və “Neftçi” komandaları üz-üzə gələcəklər.