Ağdamın “Qarabağ” klubunun futbolçusu Riçard Almeyda özünə yeni komanda axtarır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yayda Ağdam təmsilçisi ilə müqaviləsi başa çatacaq yarımmüdafiəçi hələ də klubdan yeni təklif almamasına görə narahatdır.
Otuz üç yaşlı braziliyalı menecerlərindən ona yeni komanda tapmalarını istəyib.
Almeyda cari mövsüm “Qarabağ”da 19 oyunda meydana çıxıb.