Futbol üzrə Türkiyə Super Liqasının 2022/2023-cü il mövsümünün start tarixi müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyə Futbol Federasiyası Super Liqa ilə yanaşı, Birinci, İkinci və Üçüncü liqalarda yeni mövsümün başlama vaxtını açıqlayıb.
Super Liqa və Birinci liqada yeni mövsüm avqustun 5-8-də keçiriləcək ilk turun matçları ilə start götürəcək. 2023-cü il mayın 28-də isə mövsümə yekun vurulacaq.