Daha iki cüdoçumuz Avropa çempionatında mübarizəyə başlayır

A- A A+

Bolqarıstanın Sofiya şəhərində Avropa çempionatı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qıtə yarışının ikinci günündə Azərbaycanın iki kişi cüdoçusu tatamiyə çıxacaq. Belə ki, 73 kiloqram çəki dərəcəsində Rüstəm Orucov və Hidayət Heydərov medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, mayın 1-dək davam edəcək yarışda Azərbaycanın, ümumilikdə 11 cüdoçusu iştirak edir.

Turnirə 40 ölkədən 300-dən çox idmançı qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: