Naxçıvanı ölkə birinciliyində Ordubad məktəbliləri təmsil edəcək - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında təşkil olunan “Şahin” hərbi-idman oyunu yekunlaşıb. 

“Şahin” hərbi-idman oynunun final mərhələsinə start verilməmişdən əvvəl torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən övladlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Açılış mərasimində çıxış edənlər hərbi-idman oyununun gənclərin məktəb yaşlarından ilkin hərbi biliklərə yiyələnməsi, ordu sıralarında hərbi xidmətə hazırlanması, ümumilikdə vətənpərvərlik tərbiyəsinə hesablandığını diqqətə çatdırıb və komandalara uğurlar arzulayıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil və Fövqəladə Hallar nazirlikləri, Əlahiddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi layihənin əsasnaməsinə uyğun olaraq əvvəlki iki turda məktəbdaxili  seçim mərhələsi və rayon-şəhər birinciliklərini uğurla tamamlayan komandalar yarışda iştirak ediblər. Hər birinin tərkibində 10 oğlan və 4 qız olmaqla ümumilikdə 9 komanda qələbə uğrunda mübarizə aparıb. 5 mərhələdən ibarət olan yarışda komandalar - sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması, mülki müdafiə hazırlığı, qərargah çadırının qurulması  mərhələləri üzrə rəqabət aparıblar.

Münsiflər tərəfindən hər mərhələ 5 ballıq sistem əsasında qiymətləndirilib.

Maraqlı mübarizə şəraitində keçirilən final mərhələsinin nəticəsinə uyğun olaraq Ordubad rayon komandası qalib gələrək ölkə birinciliyində iştirak etmək hüququ qazanıb. Qiymətləndirməyə əsasən Culfa rayonunun yetirmələri 2-ci, Şahbuz rayon məktəbliləri isə 3-cü yerə layiq görülüb.

Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom və kubokla mükafatlandırılıblar.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: