“Forza Neftçi” klubu Birinci Liqada çempionluğu təmin edib

A- A A+

Futzal üzrə Birinci Liqada XXIII turun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, “Baku Fire-2” ilə matçda qələbə qazanan lider “Forza Neftçi” (5:3) sona 3 tur qalmış çempionluğu təmin edib. Düzdür, riyazi baxımdan “Standard” xalları bərabərləşdirə bilər. Amma şəxsi oyunlarda qazandığı uğur “Forza Neftçi”ni əlçatmaz edib.

Son turlarda qələbələr qazanan “Dəstə Ordubad” isə “Metropoliten”lə dueldə məğlubiyyətlə barışıb – 5:8. ADBTİA gümüş medal iddiasını davam etdirir. “İdmançılar” bu dəfə “Şuşa”nı 5:1 hesabı ilə məğlub ediblər. “Qarabağ-Füzuli” də turu 3 xalla başa vurub. Komanda PASO-ya 6:3 hesabı ilə qalib gəlib.

Turun ən fərqli qələbəsini isə “STAR kargo” qazanıb. Komanda rəqibini 19:3 hesabı ilə üstələyib.

Turun mərkəzi oyunu hesab edilən “Standard” – “Alyans Qrup” dueli ölkə kubokunun finalçısı üçün uğursuz yekunlaşıb. “Alyans Qrup” rəqibinə 1:4 hesabı ilə uduzub. “Zəngilan” isə “Yasamal”a 5:3 hesabı ilə qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: