Bu UEFA Çempionlar Liqasının ikinci finalçısı müəyyənləşəcək

A- A A+

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün ikinci yarımfinal görüşü keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mərhələnin ikinci oyun günündə İspaniyanın “Real Madrid” klubu öz meydanında İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək.

“Santyaqo Bernabeu” stadionunda keçiriləcək matçı italiyalı baş hakim Daniele Orsato idarə edəcək.

“Kral klubu”nda Eden Azar zədə səbəbindən oyunda iştirak etməyəcək. Qonaq komandadan isə Con Stounz zədəli olduğu üçün oynamayacaq.

Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda İngiltərə komandası 4:3 hesabı ilə qələbə qazanıb. Bu cütün qalibi finalda ötən gün İspaniyanın “Vilyarreal” komandasını məğlub edən (3:2, 2:0) İngiltərənin “Liverpul” klubu ilə qarşılaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: