"Araz-Naxçıvan" Türkiyədə təlim keçir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Region Liqasının final mərhələsinə hazırlaşan "Araz-Naxçıvan" PFK baş məşqçi Azər Bağırovun rəhbərliyi altında Ərzurum şəhərində təlim-məşq toplanışlarını həyata keçirir. Artıq ilk məşqinə çıxan "Araz-Naxçıvan" yerli liqada mübarizə aparan "Yakutiyespor" komandası ilə yoldaşlıq görüşü keçirib. Görüşdə komandamız 4-1 hesablı qələbə qazanıb. "Araz-Naxçıvan"ın heyətində Pərvin Rüstəmov dubl edib. Digər iki qolun müəllifi isə Sabir Məmmədov və Ayxan Həsənov olub. Komandamız növbəti yoxlama oyununda isə Ərzurumun seçmə klubu ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə nəticələnib.
Qeyd edək ki, "Araz-Naxçıvan" futbol klubu may ayının 6-dək məşqlərini burada davam etdirməyi və yoxlama görüşləri keçirməyi planlaşdırır.
Əli İbrahimbəyli