Ulu Öndərin xatirəsinə həsr olunmuş kross qaçışı üzrə muxtar respublika açıq birinciliyi başa çatıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş kross qaçışı üzrə muxtar respublika birinciliyi keçirilib.
Ali və orta ixtisas təhsili müəssisələrinin, o cümlədən şəhər və rayon komandalarının oğlan və qız atletləri arasında keçirilən yarışda 200-ə yaxın idmançı mübarizə aparıb. Birincilikdə iştirakçılar 5 km məsafə qət ediblər. Yekun nəticələrə əsasən oğlanlar arasında Rəhim Əliyev finiş xəttinə daha tez çataraq 1-ci yerin sahibi olub. Taleh Yaqubov 2-ci, Sənan Əsgərov isə 3-cü pillədə qərarlaşıb. Qız atletlərin mübarizəsinə gəldikdə, Aysu Abbasova 1-ci, Zeynəb Babayeva 2-ci, Zülfiyyə Süleymanova isə 3-cü sıraya yiyələnib.
Yarışın sonunda qalib idmançılar Naxçıvan MR gənclər və idman naziri Ramil Hacı və Atletika Federasiyasının sədri Rəhman Məmmədov tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Azər Zeynalov