"Liverpul” bir mövsümdə vurulan qol sayına görə klub tarixinin yeni rekordunu müəyyənləşdirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komanda buna Çempionlar Liqasının yarımfinalında “Vilyarreal”la cavab görüşündəki 3:2 hesablı qələbə sayəsində nail olub.
Nəticədə klub 2021/2022-ci il mövsümündə vurduqları qolların sayını 139-a çatdırıb. Bu isə klub tarixinin rekord göstəricisidir. “Liverpul” bu qolları bütün turnirlər çərçivəsində keçirdiyi 57 matçda vurub.
“Vilyarreal”a ilk görüşdə də 2:0 hesabı ilə qalib gələn “Liverpul” finala yüksəlib. Komanda Çempionlar Liqasının finalında “Real” - “Mançester Siti" cütünün qalibi ilə üz-üzə gələcək. Həlledici görüş mayın 28-də Parisdəki “Stade de Frans”da keçiriləcək.