Futbol üzrə Türkiyə Superliqasının beşinci turunda “Fənərbağça” komandası səfərdə "Konyaspor"la qarşılaşıb.
NUHÇIXAN xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu meydan sahiblərinin qapısından matçın 67-ci dəqiqəsində “Fənərbağça”nın futbolçusu Elif Elmas keçirib. Beləliklə Türkiyə futbolunun liderlərindən biri “Fənərbağça” yeni mövsümdə çempionatda üç ardıcıl məğlubiyyətdən sonra beşinci turda qalib gəlib.
Bu qələbə sayəsində fənərbağçalılar xallarının sayını 6-ya çatdıraraq lider "Qalatasaray"la arasındakı xal fərqini azaldıb.