Karate-do üzrə muxtar respublika açıq çempionatına start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda karate-do üzrə muxtar respublika açıq çempionatına start verilib.

Yarış Naxçıvan Olimpiya İdman Kompleksində keçirilir. Çempionatda Bakı şəhərindən 18 karateçi olmaqla, ümumilikdə  300-ə yaxın idmançı iştirak edir. Yarışda oğlanlarla yanaşı, qızlar da mübarizə aparır.

Qeyd edək ki, Naxçıvan MR Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkil etdikləri çempionata mayın 7-si yekun vurulacaq. Qalib idmançılara təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunacaq.

                                                             Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: