UEFA Avropa Liqasının finalçıları müəyyənləşib

A- A A+

Mayın 5-də futbol üzrə UEFA Avropa Liqasının 2021-2022-ci il mövsümünün yarımfinal mərhələsinin görüşləri keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan "Leyptsiq" bu dəfə "Qlazqo Reyncers"lə Şotlandiyada üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb. Meydan sahibləri isə finala vəsiqə əldə ediblər.

Gecənin digər oyununda Almaniyanın "Ayntraxt" klubu öz meydanında İngiltərənin "Vest Hem" komandasını minimal hesabla qalib gələrək (1:0), finala yüksəlib. Londondakı ilk görüş də Frankfurt təmsilçisinin xeyrinə başa çatmışdı - 2:1.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: