Bu gün Suqovuşanda avarçəkmə üzrə “Prezident kuboku-2022” turnirinə start veriləcək

A- A A+

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının təşkilatçılığı ilə bu gün işğaldan azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnirə - avarçəkmə üzrə “Prezident kuboku-2022”yə start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş turnirin açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: