Azərbaycan şahmatçıları Daşkənddə keçirilən Aqzamov memorialı yarışında mübarizəni davam etdirirlər

A- A A+

Azərbaycan şahmatçıları Daşkənddə keçirilən Aqzamov memorialı yarışında mübarizəni davam etdirirlər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 15-ci dəfə keçirilən yarışın güclü A turnirində mübarizə aparan təmsilçilərimizdən ən yaxşı nəticəni Məhəmməd Muradlı və Vüqar Əsədli göstəriblər. Şahmatçılarımız üç turda 2 xal toplayıblar. Vüqar Manafov 1,5 xal, Şahin Vəliyev və Misrətdin İsgəndərov isə hərəyə bir xal qazanıblar.

On turdan ibarət olan yarış İsveçrə sistemi üzrə keçirilir.

Mayın 11-dək davam edəcək turnirdə 66 şahmatçı iştirak edir ki, onlardan da 16-sı qrosmeysterlərdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: