Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI turdan təxirə salınmış görüşün keçiriləcəyi vaxt və stadion müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi Peşəkar Futbol Liqasına istinadla (PFL) xəbər verir ki, “Qarabağ” – “Sumqayıt” matçı mayın 12-də keçiriləcək.
“Azersun Arena”da oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək.