Yeniyetmələr arasında keçiriləcək Avropa kuboku yarışında Azərbaycanı 20 cüdoçu təmsil edəcək

A- A A+

Bu gün Rumıniyada yeniyetmələr arasında start götürəcək Avropa kuboku yarışında Azərbaycanı 20 cüdoçu təmsil edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Buxarestdə təşkil olunacaq turnirdə baş məşqçi Rüstəm Alimlinin rəhbərliyi ilə cüdoçularımız Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Məhəmməd Musayev, Şahin Oruczadə, Nicat Süleymanlı (55 kq), Fikrət Nəcəfov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev, Mehdi Cəfərov, Nihad Qaracayev (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Fərid Niyazov, Tamerlan Cabbarov (90 kq) və Ramazan Əhmədov (+ 90 kq) güclərini sınayacaqlar.

Qızlardan ibarət milli komanda isə yarışa məşqçi Elnur İsmayılovun rəhbərliyi ilə qatılacaq. Turnirdə yığma üzvlərindən Xumar Qasımzadə (44 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (+ 70 kq) mübarizə aparacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: