“Naxçıvanı tanıyaq” devizi ilə yola çıxan gənclər bu dəfə Ordubad rayonunda - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Şərur rayon gənclərinin “Naxçıvanı tanıyaq” devizi ilə gerçəkləşən Ordubad rayonuna ekskursiyası təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən ekskursiya çərçivəsində gənclər Qeysəriyyə Tarix-Diyarşünaslıq Muzeyi, Yusif Məmmədəliyev, Məhəmməd Tağı Sidqi və Məmməd Səid Ordubadinin ev-muzeylərini ziyarət edib, eləcə də XVIII-XIX əsrlərə hamam və XIX əsrə aid məbəddə olublar.
Ekskursiyalar zamanı gənclər tarixi abidələrlə bağlı ətraflı şəkildə məlumatlandırılıblar. İştirakçılar sosial şəbəkələrdə paylaşım məqsədilə fotolar, xatirə şəkilləri çəkiblər.