Karate-do üzrə muxtar respublika açıq çempionatına yekun vurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda karate-do üzrə muxtar respublika açıq çempionatına yekun vurulub.

3 gün davam edən çempionatda Bakı və Sumqayıt karateçiləri də daxil olmaqla, ümumilikdə  300-ə yaxın idmançı iştirak edib. Tədbirin final mərhələsində, əvvəlcə, izləyicilərə konsert proqramı və nümunəvi çıxışlar təqdim edilib. Daha sonra, müxtəlif yaş və çəki kateqoriyalarında final qarşılaşmaları keçirilib. Çempionat olimpiya sistemi üzrə aparılıb. Gərgin və maraqlı görüşlərin yekununda “Naxçıvan” komandası yarışı 1-ci sırada tamamlayıb. “Naxçıvan-B” komandası 2-ci, “Sumqayıt” komandası isə 3-cü yerin sahibi olub.

Sonda qalib idmançılara diplom və medal, ilk 3 yeri tutan komandalara isə “Heydər Əliyev kuboku” təqdim edilib.

                                                             Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: