“Heydər Əliyev kuboku” uğrunda yeniyetmə və gənclər arasında kikboksinq üzrə muxtar respublika turniri keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda yeniyetmə və gənclər arasında kikboksinq üzrə muxtar respublika turniri keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Kikboksinq Federasiyasının birgə təşkilatçılığı və Daxili İşlər Nazirliyinin dəstəyi ilə keçirilən turnir Olimpiya İdman kompleksində reallaşıb. Açılış mərasimində çıxış edən gənclər və idman naziri Ramil Hacı, daxili işlər naziri Rəşad İsmayılov və Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev iştirakçılara uğurlar arzulayıb və yarışa start verilib. Birincilikdə 16 çəki dərəcəsində 85 yeniyetmə idmançı qalib olmaq uğrunda güclərini sınayıb. Məqsəd kikboksinq idman növünün muxtar respublikada inkişafı, yeniyetmə və gənclər arasında təbliğ edilməsidir. Mübarizəli idman şəraitində keçən yarış Beynəlxalq Kikboksinq Federasiyasının qaydalarına əsasən keçirilib. Görüşlərdə öz çəki dərəcələri üzrə bütün rəqiblərini məğlub edən idmançılar birinciliyin qalibi olublar.

Sonda gənclər və idman naziri Ramil Hacı, daxili işlər naziri Rəşad İsmayılov və Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev qalib idmançıları medal, diplom və kubokla mükafatlandırıblar.

Əli İbrahimbəyli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: