“Naxçıvan marafonu-2022” keçirilib - VİDEO

A- A A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə muxtar respublikada silsilə idman tədbirləri keçirilir. Təsdiq edilən tədbirlər planına uyğun olaraq, bu gün “Naxçıvan marafonu – 2022”  baş tutub.

Təşkil olunan marafon saat 11:00-da Naxçıvan Olimpiya İdman Kompleksinin qarşısından start götürüb. Marafona yaşı 14-dən yuxarı iki mindən çox gənc iştirak edib. Həmçinin dövlət qulluqçuları, hərbçilər, mədəniyyət və incəsənət adamları, idmançılar, paralimpiyaçılar, jurnalistlər, ictimaiyyət nümayəndələri də marafona qoşulublar. Marafona həmçinin muxtar respublikada fəaliyyət göstərən 60-dan çox təşkilat və şirkətin təmsilçiləri də qoşulub.

Naxçıvan televiziyasının əməkdaşları “Naxçıvan marafonu – 2022” ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

       

Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: