Beynəlxalq şahmat turnirində dördüncü tura yekun vurulub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Beynəlxalq Şahmat turnirində dördüncü turun oyunları keçirilib.
Naxçıvan şəhərində yerləşən Şahmat Mərkəzində keçirilən beynəlxalq turnirdə mübarizə davam edir.
İsveçrə sistemi ilə 9 turdan ibarət turnirdə dörd ölkədən 214 zəka sahibi mübarizə aparır ki, onlardan da 16-sı titullu şahmatçılardır.
Bu gün keçirilən dördüncü turun nəticələrinə əsasən dörd görüşünü qələbə ilə bitirən şahmatçılar arasında ilk onluqda muxtar respublika şahmatçılarından Beynəlxalq usta, Toğrul Həsənzadə və FİDE ustası Sadiq Məmmdovda yer alır. Dördüncü turdan sonra isə turnir cədvəlinə 2142 reytinq xalına malik azərbaycanlı şahmatçı Rəşad Həsənov başçılıq edir.
Qeyd edək ki, mayın 14-dək davam edəcək turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.
Rəmzi Tahirli