"Ordubad" komandası “Şahin” hərbi-idman oyununda ölkə üçüncüsü olub - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsi məqsədilə təşkil olunan "Şahin" hərbi-idman oyunu üzrə Azərbaycan birinciliyinin final mərhələsi reallaşıb. Yarış Bakı şəhərində - Hərbi Qənimətlər Parkının yanında ayrılmış xüsusi ərazidə keçirilib. Müxtəlif bölgələrdən 18 komanda qələbə uğrunda mübarizə aparıb.

Yarışa muxtar respublika mərhələsinin qalibi kimi qatılan "Ordubad" komandası uğurlu nəticəyə müvəffəq olub. Təmsilçimiz 3-cü yerə sahib çıxaraq mükafatçılar sırasına düşüb. Birinci və ikinci yerlərə müvafiq olaraq "Nizami" və "Sumqayıt" komandaları layiq görülüblər. Komandalara mükafatları Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov təqdim edib. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: