Beynəlxalq şahmat turnirində beşinci tura yekun vurulub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Beynəlxalq Şahmat turnirində beşinci turun oyunlarına yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə 214 zəka sahibi mübarizə aparır. Dörd ölkə Azərbaycan, Türkiyə, İran və Ukraynadan olmaqla müxtəlif yaş kateqoriyasında təmsil olunan şahmatçılar sırasında 16 titullu şahmatçı yer alır.

Bu gün keçirilən beşinci turun nəticələrinə əsasən turnir cədvəlinə liderliyi bütün görüşlərini qələbə ilə başa vuran, aktivinə beş xalı yazdırmağı bacaran azərbaycanlı şahmatçı 2386 reytinq xalına malik beynəlxalq usta İsmayıl Şahəliyev edir. Qeyd edək ki, beşinci turdan sonra turnir cədvəlində ilk üçlükdə muxtar respublika şahmatçıları da yer alır. Belə ki, 2265 reytinq xalına malik olan FİDE ustası Sadiq Məmmədov 5 xalla ikinci, 2279 reytinq xalına sahib olan beynəlxalq usta Toğrul Həsənzadə isə 4 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, mayın 14-dək davam edəcək turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.

 

Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: