UEFA “Qarabağ” – “Omoniya” matçını fərqləndirib

A- A A+

UEFA Konfrans Liqasında cari mövsümün ən yaxşı oyunu adına namizəd qarşılaşmalar açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, siyahıda Ağdamın “Qarabağ” klubunun Bakıda Kiprin “Omoniya” komandası ilə 2:2 hesablı heç-heçə etdiyi qrup mərhələsinin beşinci tur matçı da yer alıb. Oyunda 88-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Patrik Andradenin ikinci topu rəqibin qapısından keçirməsi və cəmi 2 dəqiqə sonra Xordi Qomesin meydanın mərkəzindən vurduğu qolla tarazlığı bərpa etməsi görüşün ən yadda qalan anı kimi təqdim olunub.

On oyun arasından ən yaxşısı azarkeşlərin səsverməsi ilə seçiləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: