Mayın 13-15-də Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin üçüncü mərhələsi keçiriləcək.
Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Dünya Karate Federasiyasının (WKF) bu mötəbər silsilə yarışlarında üç idmançımız iştirak edəcək. Qadınların baş məşqçisi Denis Morozov karateçimiz İrina Zaretska (68 kg) ilə birgə Əminağa Quliyev və Sultan Hüseynovu (hər ikisi 60 kg) da müşayiət edəcək.
Yarışda 48 ölkədən 238 idmançı mübarizə aparacaq.
Nüfuzlu turnirin növbəti mərhələsi sentyabrın 2-4-də Bakıda keçiriləcək.