Beynəlxalq şahmat turnirində altıncı tura yekun vurulub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Beynəlxalq Şahmat turnirində altıncı turun oyunlarına yekun vurulub.
Bu gün keçirilən altıncı turun nəticələrinə əsasən turnir cədvəlinə liderliyi bütün görüşlərini qələbə ilə başa vuran, aktivinə altı xalı yazdırmağı bacaran azərbaycanlı şahmatçı 2386 reytinq xalına malik beynəlxalq usta İsmayıl Şahəliyev edir. Qeyd edək ki, altıncı turdan sonra turnir cədvəlində ilk onluqda muxtar respublika şahmatçılarından 2265 reytinq xalına malik olan FİDE ustası Sadiq Məmmədov 5 xalla mövqeyini qoruyur.
Qeyd edək ki, mayın 14-dək davam edəcək turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.
Rəmzi Tahirli