Şəhriyar Məmmədyarov “Superbet Chess Classic” turnirində növbəti görüşünü ABŞ şahmatçısına qarşı keçirəcək

A- A A+

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının ilk mərhələsi olan “Superbet Chess Classic” şahmat turnirinin səkkizinci turunun oyunları keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda iştirak edən Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov növbəti turda ABŞ şahmatçısı Leyner Domingeslə qarşılaşacaq.

Təmsilçimiz ötən turda ilk qələbəsini qazanıb. Belə ki, şahmatçımız rusiyalı rəqibi Yan Nepomnyaşi üzərində qələbə qazanaraq xalların sayını 3-ə çatdırıb. Bununla da o, autsayderlikdən çıxaraq hazırda 7-9 -cu yerləri bölüşür. Dairəvi sistem üzrə təşkil olunan və mayın 14-dək davam edəcək turnirin ümumi mükafat fondu 350 min ABŞ dollarıdır.

Xatırladaq ki, Ş.Məmmədyarov 2021-ci ildə keçirilmiş “Superbet Chess Classic” turnirinin qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: