Vindzor Kral Atçılıq Şousunun birinci günündə Azərbaycan təmsilçilərinin çıxışı möhtəşəm olub - VİDEO

305

Böyük Britaniyada Vindzor qəsrinin ərazisində ənənəvi Kral Atçılıq Şousu çərçivəsində Azərbaycanın 70 nəfərdən ibarət nümayəndə heyətinin ilk çıxışı olub.

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycandan Britaniyaya qədər böyük yol qət etmiş 15 Qarabağ atının iştirakı ilə nümayiş etdirilən xüsusi şou proqram tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Beş min tamaşaçının tribunalardan və milyonlarla insanın ekran qarşısında canlı izlədiyi 6 dəqiqəlik “Odlar Yurdu” tamaşasında süvarilərimizin atçapma məharətləri, eləcə də əsrarəngiz musiqimizin sədaları altında milli rəqslərimiz izləyiciləri valeh edib.

Mayın 12-dən 15-dək təşkil olunacaq şouda Azərbaycan nümayəndələrinin ümumilikdə dörd çıxışı nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: