Beynəlxalq şahmat turnirində səkkizinci tura yekun vurulub - FOTOLAR

276

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Beynəlxalq Şahmat turnirində səkkizinci turun oyunları keçirilib.

İsveçrə sistemi ilə 9 turdan ibarət olan turnirdə 16-sı titullu olmaqla, 214 şahmatçı mübarizəni davam etdirir.

Səkkizinci tura qədər bir neçə şahmatçı turnirin favoriti sırasına daxil olub.  Bu gün keçirilən turun nəticələrinə əsasən isə turnir cədvəlinə liderliyi aktivinə 7.5 xalı yazdıran, azərbaycanlı şahmatçı 2386 reytinq xalına malik beynəlxalq usta İsmayıl Şahəliyev edir. Turun yekun nəticələrinə əsasən turnir cədvəlində ilk onluqda muxtar respublika şahmatçılarından, “Naxçıvan Premium 2022”nin qalibi 2331 reytinq xalına malik olan beynəlxalq usta Pərviz Qasımov və FİDE ustası Sadiq Məmmədov səkkiz oyundan altı xal toplayaraq yer alır.

Qeyd edək ki, sabah yekun vurulacaq turnirdə yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.

 

Rəmzi Tahirli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: