“ASK Arena”da AFFA Region Liqasının digər yarımfinal oyunu keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, finala vəsiqə qazanmaq uğrunda oyunda “Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən “Araz Naxçıvan” Region Liqasının finalına vəsiqə qazanan digər komanda olub.
Qeyd edək ki, Region Liqasının finalı – “Cəbrayıl” – “Araz Naxçıvan” qarşılaşması mayın 20-də saat 16:00-da Şamaxı şəhər stadionunda keçiriləcək.