Sabah İtaliyada beynəlxalq şahmat festivalı start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Azərbaycanı Eltac Səfərli təmsil edəcək. Turnirdə 15 şahmatçı iştirak edəcək ki, onlardan da 6-sı qrosmeysterdir. İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq yarış mayın 20-dək davam edəcək.
Turnirin reytinq favoriti FIDE bayrağı altında çıxış edən rusiyalı Andrey Yesipenkodur (2709). Eltac Səfərli isə 2600 xalla reytinq cədvəlində 4-cü pillədə qərarlaşıb.