Məhəmməd Muradlı müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster olub

A- A A+

Beynəlxalq Şahmat Federasiyası (FIDE) bir qrup şahmatçının titulunu rəsmi qaydada təsdiqləyib.

Azərbaycan Şahmat Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, FIDE Azərbaycan şahmatçısı Məhəmməd Muradlını beynəlxalq qrosmeyster kimi siyahıya daxil edib. Qeyd edək ki, M.Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrosmeyster kimi tarixə düşüb.

Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrosmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçiblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: