Peyntbol üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təsdiq edilən tədbirlər planına uyğun olaraq keçirilən silsilə idman tədbirləri davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən növbəti idman yarışı peyntbol üzrə muxtar respublika birinciliyi olub.

Naxçıvan Atıcılıq Mərkəzində reallaşan yarışda, əvvəlcə, iştirakçılara qaydalar izah olunub. Ardınca, birinciliyə start verilib. Yarışda 16 komanda olmaqla, ümumilikdə 100-ə yaxın idmançı mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən birincilikdə hər oyun üçün komandalara 15 dəqiqə ərzində 50 mərmidən istifadə etmək şansı verilib. Rəqiblərini mübarizədən kənarlaşdıran “Naxçıvan” Universiteti və Heydər Əliyev adına Hərbi Liseyin komandaları final mərhələsində qarşılaşıb. Görüşün yekununda atışları daha dəqiq yerinə yetirən “Naxçıvan” Universitetinin komandası yarışın qalibi olub. Heydər Əliyev adına Hərbi Lisey  müvafiq olaraq 2-ci, “Naxçıvan” şəhər  komandası isə birinciliyi 3-cü pillədə tamamlayıb.

Mükafatlandırma mərasimində çıxış edən Naxçıvan MR gənclər və idman naziri Ramil Hacı, Atıcılıq Federasiyasının sədri Səhhət Həbibbəyli iştirakçı və qalibləri təbrik ediblər.

Qalib idmançılara diplom, kubok və hədiyyələr, peyntbol oyunu üçün kupon təqdim olunub.

Azər Zeynalov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: