“Araz Naxçıvan”a texniki məğlubiyyət verilib

A- A A+

Region Liqasının yarımfinalında "Xan Lənkəran"a qalib gələrək finala vəsiqə qazanan "Araz Naxçıvan" klubuna texniki məğlubiyyət verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Naxçıvan təmsilçisinin heyətində Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. Bu səbəbdən komanda 0:3 hesablı texniki məğlubiyyət alıb.

Qarşılaşma "Araz Naxçıvan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Beləliklə, Region Liqasının finalında "Xan Lənkəran" və "Cəbrayıl" komandaları üz-üzə gələcəklər. Həlledici matç mayın 20-də Şamaxı şəhər stadionunda oynanılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: