Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının ikinci təsnifat mərhələsində iştirak edəcək 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Aprelin 29-da Bakıda başlayan hazırlığa Türkiyədə yekun vurulub.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi komanda qardaş ölkədə yerli yığma ilə də gücünü yoxlayıb. Türkiyə millisi ilə keçirilən 2 görüşdə rəqib qələbə qazanıb.
Beləliklə, 20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komanda bu gün Türkiyədən birbaşa Kosovoya yollanacaq.