Azərbaycan yığmasının səfərdə Slovakiyaya qarşı keçirəcəyi UEFA Millətlər Liqasının qrup oyununun stadionu bəlli olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, görüş Trnava şəhərindəki Anton Malatinski stadionunda baş tutacaq.
Sentyabrın 22-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Azərbaycan milli komandası Millətlər Liqasındakı ilk oyununu iyunun 3-də səfərdə Qazaxıstana qarşı keçirəcək.