“Ayntraxt” tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək

A- A A+

“Ayntraxt” futbol klubu tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Almaniya klubu Avropa Liqasının finalında “Reyncers”ə qalib gəlib - əsas və əlavə vaxt - 1:1, penaltilər seriyası – 5:4. Nəticədə komanda növbəti mövsüm Çempionlar Liqasında oynamaq hüququ qazanıb. Bu, "Ayntraxt"ın tarixində ilk olacaq.

Qeyd edək ki, "Ayntraxt" Avropa Çempionlar Kubokunda çıxış edib və hətta 1959/1960-cı il mövsümündə "Real"a böyük hesabla uduzduğu (3:7) finala yüksəlib. O vaxtdan bəri klub 1992/1993-cü il mövsümündən adını Çempionlar Liqası alan turnirə çıxa bilməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: