Voleybol üzrə Azərbaycan millisi Bakıda Rusiyanın “Uraloçka” klubuna qalib gəlib

A- A A+

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya çempionatına hazırlığı Bakıda davam etdirir.

NUHÇIXAN xəbər verir ki, millimiz Bakı toplanışı çərçivəsində Azərbaycan Voleybol Mərkəzində Rusiyanın “Uraloçka” klubu ilə yoxlama oyunu keçirib. Görüş yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz toplanış çərçivəsində Rusiyanın digər klubu “Dinamo Krasnodar” ilə yoxlama oyununda da gücünü sınayıb və 3:0 hesabı ilə üstün olub.

Qeyd edək ki, dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada təşkil olunacaq. Millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo və Koreya Respublikası yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: