Qətərdə keçiriləcək dünya çempionatının oyunlarına təyinat alacaq referilərin adları açıqlanıb

A- A A+

FIFA bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına təyinat alacaq referilərin adlarını açıqlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qurum açıqladığı siyahıda 36 əsas, 69 köməkçi və 24 VAR hakiminin adı yer alıb.

Ruandalı Salima Mukansanqa, fransalı Stefani Frappar və yaponiyalı Yoşimi Yamaşita mundialın final mərhələsinə təyinat alan ilk qadın hakimlər kimi tarixə düşüblər.

Qeyd edək ki, “Qətər-2022” dünya çempionatları tarixində ilk dəfə yayda deyil, noyabrın 21-dən dekabrın 18-dək olan müddətdə təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: