Portuqaliyanın “Benfika” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu vəzifəyə Rocer Şmidt təyin olunub. Alman mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Şmidtin son iş yeri 2021/2022-ci il mövsümündə Niderland çempionatının gümüş medalını qazandığı PSV olub.
Xatırladaq ki, “Benfika” Portuqaliya Liqasında çempion “Portu”dan 17 xal geri qalaraq 3-cü yeri tutub.