“Ştutqart” klubu “Arsenal”ın müdafiəçisini transfer edib

A- A A+

Almaniyanın “Ştutqart” klubu “Arsenal”ın müdafiəçisi Konstantinos Mavropanosu transfer edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İyirmi dörd yaşlı yunan futbolçu ilə 2025-ci ilin iyununadək müqavilə imzalanıb.

Futbolçu 2020-ci ilin iyulundan “Ştutqart”da icarə əsasında çıxış edir. 2021/2022-ci il mövsümündə futbolçu komandanın heyətində 33 matçda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: