“Culfa” komandası voleybol üzrə muxtar respublika turnirinin qalibi olub - FOTOLAR
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev kuboku” uğrunda kişilər arasında voleybol üzrə muxtar respublika turniri başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnir Olimpiya İdman kompleksində reallaşıb. 8 komandanın mübarizə apardığı birinciliyin final mərhələsində “Naxçıvan” və “Culfa” komandaları qarşılaşıb. Setlərdə üstün oyun nümayiş etdirən “Culfa” komandasının voleybolçuları turnirin və kubokun qalibi olub. “Naxçıvan” və “Sədərək” komandaları isə müfaviq olaraq II və III yerləri bölüşüblər.
Sonda gənclər və idman naziri Ramil Hacı və Voleybol Federasiyanın sədri Mənşur Gülməmmədli qalib idmançıları diplom, kubok və hədiyyələrlə mükafatlandırıblar.
Əli İbrahimbəyli