Gənc könüllülər “Təbiət naminə öyrənək” devizi altında keçirilən təlimdə iştirak ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənc könüllülər akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında “Təbiət naminə öyrənək” devizi altında keçirilən təlimdə iştirak ediblər.
Təlim zamanı coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli kompasdan istifadə qaydaları, meşə şəraitində səmti düzgün müəyyənləşdirmə metodları barədə izah verib.
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun elmi işçiləri Hüseyn Rəsulzadə və Qədir Məmmədov çıxış edərək gəncləri meşə sahələrinin qorunması və artırılması mövzusunda məlumatlandırıblar.
Təlimdən sonra gənc könüllülər Zəngəzur Milli Parkının muzeyində buranın flora və fauna nümunələri ilə tanış olublar. Zəngəzur Milli Parkının “Qırmızı kitab”a salınan təbiət nümunələri gənclərdə xüsusi maraq oyadıb.
Leyla Cəfərzadə