Azərbaycan millisi “Avro-2022”nin təsnifat mərhələsinə qələbə ilə başlayıb

A- A A+

İyirmi iki yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası “Avro-2022”nin təsnifat mərhələsinə qələbə ilə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, E qrupunda yer alan millimiz ilk matçda yarışın ev sahibi olan Kosovo yığması ilə qarşılaşıb.

Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub - 25:11, 25:20. Beləliklə, ilk görüşdə 3:0 hesabı ilə qalib gələn Eldar Əliyevin komandası 3 xala yiyələnib.

Qrupun digər matçında Niderland millisi Slovakiya ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə bitib.

Baş məşqçi Eldar Əliyevin komandası mayın 21-də Niderland millisi ilə qarşılaşacaq.

Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyulda Polşada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: