“Chessable Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov növbəti qarşılaşmalarda iştirak edəcək

A- A A+

Bu gün “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsi olan “Chessable Masters” yarışında növbəti oyunlar keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov doqquzuncu turda - günün ilk görüşündə norveçli Tari Aryanla üz-üzə gələcək. Sonrakı qarşılaşmalarda Niels Qrandelius (İsveç), Hindistan şahmatçıları Rameşbabu Praqnanandha və Pentala Harikrişna ilə mübarizə aparacaq.

Qeyd edək ki, yarışda 16 şahmatçı iştirak edir. Ş.Məmmədyarov ötən səkkiz turda doqquz xal toplayaraq 10-cu yerdə qərarlaşıb.

Mayın 26-dək davam edəcək turnirin mükafat fondu 210 min ABŞ dollarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: