Bu gün basketbol üzrə Avroliqanın qalibi müəyyənləşəcək

199

Basketbol üzrə Avroliqanın 2021/2022-ci il mövsümünün çempionu bu gün məlum olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Serbiyanın paytaxtı Belqrad şəhərinin ev sahibliyi etdiyi Avroliqanın “Dördlər final”ının çempionluq matçında Türkiyənin “Anadolu Efes” və İspaniyanın “Real Madrid” klubları “Stark Arena”da üzləşəcək.

Qeyd edək ki, “Anadolu Efes” və “Real Madrid” Avroliqada 40-cı dəfə qarşı-qarşıya gələcək. 2000-ci ildən bəri iki klub arasında keçirilən 39 matçdan 13-də “Anadolu Efes”, 26-da isə “Real Madrid” qalib gəlib.

“Anadolu Efes” ötən il, “Real Madrid” isə 10 dəfə Avropa basketbolunun bir nömrəli kubokunu qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: