“Milan” İtaliya çempionatının qalibi olub

A- A A+

İtaliya çempionatının 38-ci turunda "Sassuolo" futbol klubunu 3:0 hesabı ilə məğlub edən "Milan" komandası A Seriyasının qalibi olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qolları Olivye Jiru (17, 32-ci dəqiqə) və Frank Kesye (36) vurublar.

“Milan” 86 xal toplayıb və son tura qədər çempionluğa iddialı olan “İnter”i iki xal qabaqlayıb.

Beləliklə, "Milan" 11 ildən sonra yenidən İtaliya çempionu adını qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: