Azərbaycan atıcısı Ruslan Lunyov Qranada Qran-Pri turnirində qızıl medal qazanıb

A- A A+

İspaniyanın Qranada şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Qran-Pri yarışının ilk qaliblərindən biri atletimiz Ruslan Lunyov olub.

Azərbaycan Atıcılıq Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada qalib gələrək qızıl medal qazanıb.

Azərbaycanlı atlet 26 ən güclü atıcı arasında fərqlənməyə nail olub.

Qranada Qran-Prisi mayın 29-dək davam edəcək.

Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: